İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqında

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov və nümayəndə heyəti rəhbərinin müavini deputat Ceyhun Məmmədov mayın 11-də İndoneziya Respublikasının Cakarta şəhərinə səfər edəcəklər.
Səfər çərçivəsində deputatlar İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 19-cu plenar iclasına qatılacaqlar.
Səfər mayın 15-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi