Milli Məclisin sədri Sahibə Qafarova TBMM-in sədrini təbrik edib

Tədbirlər
04 iyun 2025 | 19:02   

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM)  sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Milli Məclisin sədri Numan Kurtulmuşu yenidən yüksək vəzifəyə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb. Məktubda bildirilir ki, qardaş xalqlarımızın ortaq milli-mənəvi dəyərlərinə əsaslanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin mövcud səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimiz "Bir millət iki dövlət" şüarına uyğun olaraq bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq müstəvisində dinamik şəkildə inkişaf edir.

Həmin gün, parlamentin sədri Sahibə Qafarovanın Numan Kurtulmuşla telefon danışığı olub.

Telefon danışığı zamanı Milli Məclisin spikeri, TBMM-in sədrini bir daha təbrik edərək, ona  gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini ifadə edib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU