Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında sənədlər imzalanıb

Sədrin səfərləri
01 iyul 2025 | 15:34   

Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” ("Yol xəritəsi") imzalanıb. Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu çərçivəsində baş tutan imzalanma mərasimində sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfdən isə Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

İmzalanma mərasimində qeyd olunub ki, bu sənəd iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin həyata keçiriləcək praktiki tədbirlər sayəsində daha da genişləndirilməsinə xidmət edir.

Qeyd edək ki, mərasimdə tərəflər həmçinin Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamentini də imzalayıblar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU