Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib

İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib.
Tuzla şəhərinin beynəlxalq aeroportunda Milli Məclisin sədrini Bosniya və Herseqovina parlamentinin deputatı Nihad Omeroviç və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Srebrenitsa qurbanlarının Anım mərasimində iştirak edəcək, həlak olanların xatirəsini yad edərək Memorial abidə üzərinə gül dəstəsi qoyacaqdır.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi