DEPUTATLARIMIZ AŞPA-nın KOMİTƏ İCLASLARINDA İŞTİRAK EDƏCƏKLƏR
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov, deputatlardan Sabir Hacıyev və Fazil Mustafa Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Hüquqi işlər və insan haqları komitələrinin iclaslarında iştirak etmək üçün sentyabrın 3-dən 6-dək Fransada səfərdə olacaqlar.
Paris şəhərində keçiriləcək toplantılarda Avropada neofaşizm təzahürlərinə qarşı mübarizə, Fələstin Milli Şurasının fəaliyyəti, Misir və Tunisdə siyasi keçid dövrünün problemləri, insan haqlarına dair Avropa Konvensiyasının həyata keçirilməsi məsələləri müzakirə ediləcək.
Deputatlarımız komitə iclaslarında müzakirə edilən məsələlərə öz münasibətlərini bildirəcəklər.
Milli Məclisin
Mətbuat xidməti