GƏNCƏ ŞƏHƏRİNDƏ QDİƏT PA-NIN KOMİTƏ İCLASI KEÇİRİLƏCƏK
Sentyabrın 3-dən 6-dək Gəncə şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ətraf mühit komitəsinin 41-ci iclası keçiriləcək.
İclasda Milli Məclisin deputatlarından Asəf Hacıyev, Musa Quliyev, Ayaz Orucov iştirak edəcəklər. Tədbirə 12 ölkəni təmsil edən 40-dan artıq deputat qatılacaq.
Deputatlarımız müzakirəyə çıxarılacaq müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.
Milli Məclisin
Mətbuat xidməti