ABŞ-da “ARŞIN MAL ALAN” OPERETTASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR OLACAQ

Tədbirlər
06 sentyabr 2013 | 04:09   
Paylaşın:        

 Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və deputat Asim Mollazadə sentyabrın 6-dan 12-dək ABŞ-da  səfərdə  olacaqlar.
Deputatlarımız Los-Anceles şəhərində Azərbaycan  konsulluğunun  təşkilatçılığı  ilə keçirilən dahi  bəstəkar Üzeyir  Hacıbəylinin “Arşın  mal alan” operettasının  100 illiyi münasibəti ilə təşkil edilən  tədbirlərdə iştirak edəcəklər.
Tədbirdə bu ölməz sənət nümunəsinin yaranması barədə danışılacaq, operettanın müxtəlif zamanlarda çəkilmiş versiyaları nümayiş etdiriləcək.
Millət  vəkillərimiz dahi bəstəkarın yaradıçılığı barədə  məlumat verəcəklər. 
 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU