Milli Məclisin sədri Sahibə Qafarova Avstraliya Senatının sədri ilə görüşüb

Sədrin səfərləri
01 oktyabr 2025 | 16:49   

Milli Məclisin sədri Sahibə Qafarova Keyptaun şəhərində “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində Avstraliya Senatının sədri Sue Lines ilə görüşüb.

Görüşdə G20 Parlament Sədrlərinin 11-ci Sammiti kimi parlament platformalarının ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı baxımından əhəmiyyəti qeyd olunub.

Tərəflər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, coğrafi uzaqlığa baxmayaraq Azərbaycan və Avstraliya dost ölkələrdir. Ölkələrimizin mövcud siyasi əlaqələri parlamentlərarası təmasların da  möhkəmləndirilməsini şərtləndirir. Qeyd olunub ki, parlamentlərimizin qarşılıqlı fəaliyyəti əməkdaşlıq münasibətlərinin daha da inkişafına mühüm və müsbət təsir göstərir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU