Milli Məclisin sədri Sahibə Qafarova "Böyük iyirmilik" ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində bir sıra görüşlər keçirib

Sədrin səfərləri
02 oktyabr 2025 | 15:11   

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak etmək üçün Cənubi Afrika Respublikasının Keyptaun şəhərində işgüzar səfərdədir.

Tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl,  Sinqapur Parlamentinin sədri Seah Kian Penq,  Avstraliya Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dik ilə  görüşüb.

Söhbətlərdə sammitin əhəmiyyəti vurğulanıb, həmçinin ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU