Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına işgüzar səfərə gəlib

Sədrin səfərləri
13 oktyabr 2025 | 09:00   

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək üçün Pakistan İslam Respublikasına işgüzar səfərə gəlib.

İslamabad beynəlxalq hava limanında Milli Məclisin sədrini Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi  



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU