Milli Məclisin deputatı Belarusa səfər edəcək

Tədbirlər
24 oktyabr 2025 | 15:05   

Milli Məclisin deputatı Gülşən Paşayeva Avrasiya Təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransında iştirak etmək üçün oktyabrın 27-də Belarus Respublikasının Minsk şəhərinə səfər edəcək.

Konfransda təhlükəsizlik və münaqişələrin həlli ilə bağlı məsələlərin müzakirəsi aparılacaq. Tədbirdə deputatımızın çıxışı nəzərdə tutulub.

Səfər oktyabrın 30-da başa çatacaq.

                                                                                                                                                 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU