ATƏT-in tədbirində

Tədbirlər
24 oktyabr 2025 | 15:19   

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü, qurumun İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev oktyabrın 27-də Avstriyanın Vyana şəhərinə səfər edəcək.

Millət vəkili səfər çərçivəsində ATƏT-in 2025-ci il İqtisadi və Ətraf Mühit Ölçüsü üzrə İcra iclasında iştirak edəcək. Deputatımızın tədbirdə çıxışı nəzərdə tutulub.

Səfər oktyabrın 30-da başa çatacaq.

                                                                                                                                                 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU