Asiya Parlament Assambleyasının komitə iclasında

Tədbirlər
27 oktyabr 2025 | 15:03   

Milli Məclisin deputatı Əminə Ağazadə oktyabrın 28-də Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcək.   

İclasda “Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması istiqamətində tədbirlər haqqında”, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiyanın inteqrasiyası haqqında”və digər mövzuları əhatə edən qətnamə layihələri müzakirə olunacaq.

Səfər oktyabrın 31-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU