Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib

Tədbirlər
07 noyabr 2025 | 12:22   

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva  Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Gününün ildönümü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb.

Məktubda 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin Azərbaycan xalqı üçün əvəzsiz nailiyyət olduğu qeyd edilir, ölkənin ərazi bütövlüyünün bərpası uğrunda gedən şiddətli döyüşlərdə ordunun və xalqın yüksək birlik, sarsılmaz iradə nümayiş etdirməsindən məmnunluqla danışılır.

Məktubda Özbəkistan və Azərbaycan arasında qarşılıqlı dostluğa, dərin hörmətə və dövlət başçılarının etimadına əsaslanan strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənəcəyinə dərin inam ifadə olunur.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU