Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib

XƏBƏRLƏR
07 noyabr 2025 | 23:05   

Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb.

Məktubda Azərbaycanın BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etməsinin ildönümü münasibətilə xoş sözlər ifadə olunur. Bildirilir ki, biz qardaş xalqımızın nailiyyətlərini həmişə sevinclə izləyir və ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da gücləndirilməsinə böyük əhəmiyyət veririk.

Məktubda Qazaxıstan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda parlamentlərarası əməkdaşlığın dostluq və etimad ənənələrinə əsaslanan güclü dövlətlərarası münasibətlərin inkişafına töhfə verməyə davam edəcəyinə əminlik bildirilir.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU