ATƏT PA-nın sessiyasında

Tədbirlər
14 noyabr 2025 | 14:35   

Milli Məclisin deputatları – ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Pərvin Kərimzadə, Gülşən Paşayeva  və Azay Quliyev bu təşkilatın 23-cü  payız sessiyasında iştirak etmək üçün noyabrın 16-da  Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Qurumun sessiyasında “ATƏT-in 50 ili: dialoq və əməkdaşlıq vasitəsilə multilateralizmin yenilənməsi” mövzusunda fikir mübadiləsi aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiya çərçivəsində beynəlxalq təhlükəsizlik, siyasi dialoq, qlobal iqtisadiyyat və insan hüquqları sahəsində aktual məsələlər müzakirə olunacaq, müvafiq qərar və tövsiyələr qəbul ediləcək.

Səfər noyabrın 20-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU