Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr edilmiş tədbirdə

Tədbirlər
18 noyabr 2025 | 18:47   

Noyabrın 18-də  YAP Səbail rayon təşkilatı üzrə Parlament prospekti,1  Ərazi Partiya Təşkilatının YAP-ın yaradılmasının 33-cü ildönümünə həsr edilmiş yığıncağı keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ərazi Partiya Təşkilatının sədri, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb, tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Sonra Yeni Azərbaycan Partiyasının qurucularından biri, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov məruzə ilə çıxış edib, Ulu Öndərin mənalı həyat yolu, YAP-ın yaradılması və təşkilatlanması barədə xatirələrini bölüşüb.

Qeyd olunub ki, Ulu Öndərin illər öncə həyata keçirməyə başladığı siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib.

Sonra iclasda Yeni Azərbaycan Partiyasına üzvlük üçün müraciət etmiş Milli Məclis əməkdaşlarının müraciətlərinə baxılıb və müsbət dəyərləndirilib.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU