QDİƏT PA-nın iclasında

Tədbirlər
21 noyabr 2025 | 16:48   

Milli Məclisin deputatları – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev, üzvləri Musa Quliyev, Eldar İbrahimov və Səbinə Salmanova bu təşkilatın Baş Assambleyasının 66-cı plenar iclasında iştirak etmək üçün noyabrın 22-də Bolqarıstan Respublikasının Sofiya şəhərinə səfər edəcəklər.

İclas çərçivəsində “Avropa İttifaqı və digər beynəlxalq regional təşkilatlarla əməkdaşlıq” mövzusunda müzakirələr aparılacaq, təşkilatın bir sıra komitələrinin  fəaliyyətinə dair məruzələr  dinləniləcək.

Səfər noyabrın 26-da başa çatacaq.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU