Deputatlarımız Rusiyaya səfər edəcəklər

Tədbirlər
28 noyabr 2025 | 11:07   

Milli Məclisin deputatları, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri  Eyvaz Qurbanov, Razi Nurullayev və Nizami Səfərov Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlar dekabrın 2-də Moskva şəhərində keçiriləcək “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiya və blokların fraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu” adlı və Sankt-Peterburq şəhərində MDB PA-nın təşkilatçılığı ilə keçiriləcək Faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edəcəklər.

Səfər dekabrın 5-də başa çatacaq.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU