Milli Məclisin deputatı Türkiyəyə səfər edəcək

Tədbirlər
02 dekabr 2025 | 10:05   

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova dekabrın 3-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcək.

Millət vəkili səfərdə Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə keçiriləcək “Türk qadınının seçmə və seçilmə hüququnun 91-ci ildönümü” adlı tədbirdə iştirak edəcək.

Səfər dekabrın 5-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU