Milli Məclisin deputatları Estoniyaya səfər edəcəklər

Tədbirlər
02 dekabr 2025 | 14:49   

Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Afət Həsənova, qrupun üzvləri Fatma Yıldırım, Şahin Seyidzadə və Erkin Qədirli dekabrın 3-də Estoniyanın Tallin şəhərinə səfər edəcəklər.

Millət vəkilləri burada Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə  Azərbaycanın Estoniyadakı səfirliyinin təşkil etdiyi tədbirə qatılacaqlar, Ulu Öndərin əziz xatirəsini yad edəcəklər. Səfər çərçivəsində deputatlar həmçinin Estoniya parlamentariləri və ölkə rəsmiləri görüşlər keçirəcəklər. Görüşlərdə parlamentlərarası əlaqələrin genişləndirilməsi və əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılacaq.

Səfər dekabrın 6-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU