İtaliyada “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tədbir keçiriləcək

Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və deputat Nurlan Həsənov dekabrın 8-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcəklər.
Millət vəkilləri səfər çərçivəsində İtaliya Deputatlar Palatasında Azərbaycanda elan edilmiş “Konstitusiya və Suverenlik ili” nə həsr olunmuş tədbirdə iştirak edəcəklər.
Səfər dekabrın 10-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

