Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Tədbirlər
12 dekabr 2025 | 13:11   

Dekabrın 12-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Parlamentin İşlər müdiri Firudin Hacıyev, Aparatın və İşlər idarəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər.

Milli Məclisin kollektivi və deputatlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU