TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
26 sentyabr 2013 | 03:09   
Paylaşın:        

Sentyabrın 26-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin 2013-cü ilin payız  sessiyasında ilk iclası keçirildi. İclasda “Hərbi  qulluqçuların  dövlət  icbari  sığortası  haqqında” qanun layihəsində  dəyişikliklər edilməsi barədə  sənəd  müzakirə olundu.
Milli  Məclis  Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirdi ki, qanun layihəsində dəyişiklik edilməsi ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında  parlamentə daxil olub və  dövlətin hərbçilərə böyük qayğısının  daha bir göstəricidir.
Qeyd olundu ki, 1997-ci ildə qəbul olunmuş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun müasir dövrün tələblərinə cavab vermir. Bu gün sığorta bazarındakı dinamik inkişaf hərbi qulluqçuların sosial vəziyyətlərinin yaxşılaşdırılması məsələsini daha  da aktuallaşdırır.  Qanuna ediləcək dəyişikliyin xarakterik cəhəti ondan ibarətdir ki, dövlətimiz hərbi qulluqçuların xidmətdə olduğu və xidmətdən sonrakı dövrlərdə maddi və sosial vəziyyətlərini diqqət mərkəzində saxlayır. Dəyişikliklərə əsasən hərbi xidmətini başa burmuş hərbçinin və onun ailə üzvlərinin sosial müdafiəsi tam təmin ediləcək. Qanuna təklif edilən əlavəyə görə, hərbçilər itkin düşdükdə və məhkəmə qərarı ilə ölmüş elan  edildikdə də ailə üzvləri sığorta məbləğinin 100 faizi həcmində sığorta ödənişi ala biləcəklər.
Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olundu.


Milli Məclisin

Mətbuat  xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU