Beynəlxalq Forumda

Tədbirlər
12 yanvar 2026 | 16:07   

Milli Məclisin Təbii ehtiyatlar, energetika və  ekologiya komitəsinin sədri Sadiq Qurbanov yanvarın 13-də Türkiyə Respublikasının Rizə şəhərinə səfər edəcək.

Komitə sədri səfər çərçivəsində Beynəlxalq Ayder Enerji Forumunda iştirak edəcək, Qara Dəniz-Avrasiya regionunda enerji rəqabəti və enerji strategiyalarının gələcəyi mövzusuna həsr olunmuş sessiyada çıxış edəcək.

Səfər yanvarın 17-də başa çatacaq.

 Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU