Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfərə gəlib

Sədrin səfərləri
25 yanvar 2026 | 09:52   

 

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA-nın) 16-cı Plenar Sessiyasının açılış mərasimində iştirak etmək üçün Bəhreyn Krallığına səfərə gəlib.

Bəhreyn Beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini  Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Bəhreyn Nümayəndələr Şurası sədrinin birinci müavini Abdulnabi Salman Ahmed, Nümayəndələr Şurası sədrinin ikinci müavini Ahmed Abulvahed Qarata, Nümayəndələr Şurasının komitə sədrləri Mahmud Merza Farda, Ahmed Sabah Al-Salloom, Hasad Eid Buxammas, Mamdooh Abbas Al-Saleh, Mohamed Moosa Mohamed, deputat Zainap Abdulameer Xalil və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın APA-nın 16-cı sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU