ATƏT PA-nın qış sessiyasında

Tədbirlər
17 fevral 2026 | 10:50   

Milli Məclisin ATƏT Parlament Assembleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, nümayəndə heyətinin üzvləri Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev qurumun 25-ci qış sessiyasında iştirak etmək məqsədi ilə fevralın 18-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

Sessiya çərçivəsində təşkilatın Daimi komitəsinin, habelə Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitələrinin iclasları keçiriləcək.

Milli Məclisin deputatları iclaslarda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.

Səfər fevralın 22-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU