HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
07 fevral 2012 | 02:02   
Paylaşın:        

Fevralın 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi.
Komitə sədri Əli Hüseyli gündəlikdəki “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi barədə iclas iştirakçılarına məlumat verdi. Qeyd edildi ki, müzakirə olunan sənəd ölkə Prezidenti İlham Əliyevin ötən ilin dekabırında imzaladığı İnsan hüquqlarının daha səmərəli qorunmasına dair milli fəaliyyət planının həyata keçirilməsində ilk addım kimi qiymətləndirilməlidir.
Bildirildi ki, 4 fəsil, 50 maddədən ibarət olan qanun layihəsi tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının təmin edilməsinə yönəlib. Burada şəxsin tutulmasının əsasları, onun təhlükəsizliyi, hüquqları, maddi, tibbi təminatı və digər məsələlər öz əksini tapıb. Sənəddə həbs yerlərində daxili intizam qaydaları, müdriyyətin vəzifələri müəyyən edilib. Sənəddə yetkinlik yaşına çatmayanların və qadınların saxlanılması barədə ayrıca maddələr var.
İclasda çıxış edən deputatlar qanun layihəsinin Avropa və ATƏT sdandartlarına cavab verdiyini vurğulayaraq, insan hüquq və azadlıqlarının təmin edilməsində mühüm addımlardan biri kimi qiymətləndirdilər.
Müzakirələrdən sonra sənəd yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyyə olundu.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU