QDİƏT PA-nın komitə iclasında

Tədbirlər
02 mart 2026 | 15:32   

Milli Məclisin komitə sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial məsələlər və humanitar siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova martın 3-də Albaniya Respublikasının Tirana şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlarımız QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin iclasında iştirak edəcəklər. İclasda “Qara dəniz regionunda əlaqələrin və əməkdaşlığın gücləndirilməsində mədəni diplomatiyanın rolu” mövzusunda məruzələr dinləniləcək və tövsiyə layihəsi müzakirəyə çıxarılacaq.

Səfər martın 6-da başa çatacaq.      

                                                          

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU