Parlamentlərarası İttifaqın Baş katibi Şamaxı rayonunda olub

Tədbirlər
06 may 2026 | 20:00   

Mayın 6-da ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq Şamaxı rayonuna səfər edib.

Əvvəlcə qonaq “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub. Qonağa ölkəmizdə kosmik sahənin qurulması və inkişafı, Azərbaycanın kosmik imkanları barədə məlumat verilib.

Sonra Şamaxı rayonuna gələn Baş katib Martin Çunqonq rayonun görməli yerləri ilə tanış olub. Şamaxı Cümə Məscidində qonağa bu qədim abidənin tarixi, onun memarlıq və arxeoloji baxımından əhəmiyyəti barədə məlumat verilib.

Səfər çərçivəsində qonaq Şamaxı şəhərində yerləşən və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Yaradıcılıq Mərkəzində də olub.  PAİ-nin Baş katibi Martin Çunqonqa mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU