Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb

Sədrin səfərləri
07 may 2026 | 18:49   

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin Parlament Sədrlərinin 1-ci Sammiti çərçivəsində  Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşüb.

Spiker Sahibə Qafarova Parlament Assambleyasının parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm platforma olduğunu və 1-ci Sammitin dost ölkə Monteneqroda uğurla təşkil edildiyini bildirib.

Tərəflər Azərbaycan–Monteneqro münasibətlərinin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun və parlamentlərarası təmasların mühüm rolunu qeyd edərək, əməkdaşlığın həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.

Görüş zamanı Milli Məclisin sədri Azərbaycan-Ermənistan sülh prosesi barədə də qarşı tərəfi məlumatlandırıb. Öz növbəsində, Monteneqro tərəfi regionda sülhün bərqərar olunmasını hər iki ölkə üçün siyasi qələbə kimi qiymətləndirdiklərini və bu prosesi dəstəklədiklərini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU