Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb

Sədrin səfərləri
07 may 2026 | 19:01   

Milli Məclisin sədri Sahibə Qafarovanın Monteneqroya işgüzar səfəri çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Milli Məclisin və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Aralıq Dənizi Parlament Assambleyasının prezidenti Culio Çentemero imzalayıblar.

Qeyd olunub ki, bu sənəd tərəflər arasında daha geniş əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcəkdir.

 

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU