Deputatlarımız Türkiyədə səfərdə olacaqlar

Tədbirlər
13 may 2026 | 16:01   

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvü Heydər Əsədov mayın 14-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlarımız ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə 28 may – Müstəqillik Günü və 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.

Deputatlarımız mayın 21-də TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının “TÜRKPA-ya üzv dövlətlərdə ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri” mövzusunda keçiriləcək 11-ci iclasında iştirak edəcək, məruzə ilə çıxış edəcəklər.

Səfər mayın 22-də başa çatacaq.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU