Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib

Tədbirlər
18 may 2026 | 08:43   

Mayın 18-də Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ölkəmizə səfərə gəlib.

İqor Sergeyenko BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) açılış mərasimində iştirak edəcək. Sonra onun Azərbaycana rəsmi səfəri çərçivəsində ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədrini və onun rəhbərlik etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç və digər rəsmi şəxslər qarşılayıblar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU