Deputatlarımız Tacikistana səfər edəcəklər

Tədbirlər
18 may 2026 | 17:52   

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Məzahir Əfəndiyev mayın 19-da Tacikistan Respublikasının Düşənbə şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlarımız “Parlament fəaliyyətləri vasitəsilə iqlim dəyişikliyi və dayanıqlı inkişafın həlli” mövzusunda Avrasiya parlamentləri üçün keçiriləcək regional seminarda iştirak edəcək, müzakirəyə çıxarılacaq məsələlərə öz mövqelərini bildirəcəklər.

Səfər mayın 23-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU