Macarıstanda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Macarıstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli mayın 25-də Macarıstanın Budapeşt şəhərinə səfər edəcək.
Komitə sədri səfər çərçivəsində Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə ölkəmizin Macarıstandakı səfirliyinin təşkil etdiyi tədbirə qatılacaq.
Səfər mayın 28-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

