Beynəlxalq Forumda

Tədbirlər
17 iyun 2026 | 10:08   

 

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iyunun 18-də Mərakeş Krallığının Mərakeş şəhərinə səfər edəcək.

Komitə sədri səfər zamanı Avro-Aralıq Dənizi və Körfəz regionları üzrə Aralıq Dənizi Parlament Assambleyasının Mərakeş İqtisadi Parlament Forumunda iştirak edəcək.

Tədbirdə region ölkələri arasında iqtisadi inteqrasiya, süni intellektə investisiya qoyuluşunun təşviqi, Avropa-Aralıq dənizi və Körfəz süni intellekt mərkəzinin yaradılması, mavi iqtisadiyyat vasitəsilə məşğulluğun stimullaşdırılması, KOB-lar və startaplar innovasiya və gənclərin məşğulluğunun hərəkətverici qüvvəsi kimi,  iqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə təsirlərinin həlli məsələləri müzakirə olunacaq.

Səfər iyunun 22-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU