Beynəlxalq Forumda

Tədbirlər
20 iyun 2026 | 16:20   

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov iyunun 22-də Belarus Respublikasının Brest şəhərində Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının təşkilatçılığı ilə keçiriləcək İttifaq Dövlətinin II Beynəlxalq Forumunda iştirak edəcək.

“Dahi irs – ortaq gələcək” mövzusuna həsr olunmuş Forumda faşizm üzərində qələbənin tarixinə dair müzakirələr aparılacaq.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU