Milli Məclisin sədri Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb

Sədrin görüşləri
22 iyun 2026 | 20:20   

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 22-də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan ilə görüşüb.

Görüşdə Parlament İttifaqının müsəlman ölkələri və onların qanunverici orqanları arasında münasibətlərin daha da dərinləşməsində vacib rolu qeyd olunaraq, təşkilatın Bakının evsahibliyi ilə keçiriləcək 20-ci sessiyanın uğurla təşkil olunacağına inam ifadə edilib. Eyni zamanda, bu tədbirin İƏT Parlament İttifaqının gələcək fəaliyyətinə uğurlu töhfələr verəcəyi qeyd olunub.

Söhbət zamanı Azərbaycan parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının parlament ölçüsü olan Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Milli Məclislə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında əlaqələrin daha da genişlənməsi üçün əlverişli imkanlar yaradır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU