Milli Məclisdə görüş

Tədbirlər
23 iyun 2026 | 19:28   

 

İyunun 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 20-ci sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası parlamentinin üzvü Rouhollah Motefakker Azad ilə görüşüb.

Söhbət zamanı ölkələrarası və parlamentlərarası əlaqələrin mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. İki ölkənin qanunverici orqanları arasındakı əməkdaşlığın möhkəmləndirilməsi, deputatların beynəlxalq platformalarda mütəmadi görüşlərinin əhəmiyyətindən danışılıb.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyasının, bu çərçivədəki tədbirlərin və müzakirə olunan məsələlərin müsəlman dünyasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi baxımından önəmi vurğulanıb.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU