QDİƏT PA-nın tədbirlərində

Tədbirlər
27 iyun 2026 | 13:13   

Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Kamran Bayramov və  Səbinə Salmanova iyunun 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.

Səfər zamanı millət vəkilləri QDİƏT PA-nın Büro iclasında və 67-ci Baş Assambleyasında iştirak edəcəklər.

Tədbirdə “Regional əməkdaşlıq üçün süni intellekt: Qara Dəniz bölgəsində innovasiya, əlaqə və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq, təşkilati məsələlərə baxılacaq. Assambleya çərçivəsində qurumun komitə iclasları da keçiriləcək.

Milli Məclisin QDİƏT PA-da nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU