PAİ-nin İcraiyyə Komitəsinin iclasında

Tədbirlər
29 iyun 2026 | 16:02   

Milli Məclisin deputatı, Parlamentlərarası İttifaqda (PAİ) Azərbaycan nümayəndə heyətinin üzvü Sevil Mikayılova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdədir.

Deputatımız burada Parlamentlərarası İttifaqın İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir.

Səfər iyunun 30-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU