ATƏT PA-nın sessiyasında

Tədbirlər
02 iyul 2026 | 15:07   

Milli Məclisin deputatları – ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Azay Quliyev və Tural Gəncəliyev  təşkilatın 33-cü illik sessiyasında iştirak etmək üçün iyulun 3-də Niderland Krallığının Haaqa şəhərinə səfər edəcəklər.

Qurumun sessiyasında “Beynəlxalq hüquq və ortaq prinsiplər: ATƏT məkanında təhlükəsizlik və əməkdaşlığın əsasları”  mövzusunda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsi və Büronun iclasları, habelə qurumun Siyasi məsələlər və təhlükəsizlik üzrə, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə, Demokratiya, insan haqları və humanitar məsələlər üzrə Komitələrinin toplantıları keçiriləcək, müvafiq qərarlar qəbul olunacaq.

Milli Məclisin nümayəndə heyətinin üzvləri sessiya ərzində keçiriləcək tədbirlərə qatılacaq, müzakirəyə çıxarılan məsələlərə öz münasibətini bildirəcəklər.

Səfər iyulun 10-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU