Beynəlxalq konfransda

Tədbirlər
12 avqust 2026 | 13:41   

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və parlamentin deputatı Vüqar Rəhimzadə avqustun 13-də Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.

Səfər zamanı deputatlarımız “Müstəqil Özbəkistan – inkişaf yolunun 35 ili: islahatlar, nəticələr və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktiki konfransda iştirak edəcəklər.

Tədbir çərçivəsində millət vəkilləri, həmçinin İslam Sivilizasiyası Mərkəzində Özbəkistanın tarixi, mədəni və elmi irsinin qorunması, öyrənilməsi və təbliğinə həsr olunmuş təqdimatla tanış olacaq, Səmərqəndin tarixi və mədəni abidələrini ziyarət edəcəklər.

Səfər avqustun 16-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU