Beynəlxalq konfransda

Tədbirlər
03 sentyabr 2026 | 09:38   

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və deputat Səbinə Xasayeva Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin 12-ci Qlobal konfransında iştirak etmək məqsədilə sentyabrın 4-də Özbəkistanın Səmərqənd şəhərinə səfər edəcəklər.

Konfrans çərçivəsində gənclərin hüquqlarının qorunması, onların iqtisadi hüquqlarının və məşğulluğunun təmin edilməsi kimi mövzular müzakirə olunacaq.           

Səfər sentyabrın 6-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU