Beynəlxalq tədbirdə

Tədbirlər
07 sentyabr 2026 | 14:43   

Milli Məclisin deputatı Vüqar Bayramov Qlobal Ticarət və İnnovasiya Siyasəti Alyansının (GTIPA) illik zirvə toplantısında iştirak etmək məqsədilə sentyabrın 8-də Polşanın Varşava şəhərinə səfər edəcək.

Tədbir çərçivəsində müasir iqtisadiyyatın və beynəlxalq əməkdaşlığın əsas çətinlikləri ətrafında müzakirələr aparılacaq. Deputatımızın tədbirdə “Azərbaycanda rəqəmsal inkişaf və süni intellekt: Hədəflər və perspektivlər” mövzusunda çıxışı nəzərdə tutulub.

Səfər sentyabrın 14-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU