REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
08 noyabr 2013 | 03:11   
Paylaşın:        

Noyabrın 8-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasın gündəliyinə “Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında” qanun layihəsi daxil edilmişdir.
Komitə sədri Arif Rəhimzadə sənəd barədə məlumat verərək bildirdi ki, layihəyə əsasən Azərbaycan Respublikasının Xaçmaz rayonunun Dədəli kənd inzibati ərazi dairəsində yerləşən Xaraxoba kəndi Palıdlı kəndi adlandırılır. Qeyd edildi ki, məsələyə Toponimiya Komissiyasında baxılıb və müsbət rəy verilib. Arif Rəhimzadə inzibati ərazi vahidlərinin adlarının dəyişdirilməsi səbəbləri,  bu zaman yaranan çətinliklər, onların aradan qaldırılması ilə bağlı məsələlər barədə də öz fikirlərini açıqladı.
Müzakirələr zamanı çıxış edən deputatlar Qalib Salahzadə, Tahir Rzayev qanun layihəsinə münasibət bildirdilər, ərazi quruluşu, inzibati ərazi bölgüsü ilə əlaqədar fikirlərini söylədilər.
Sonda müzakirəyə çıxarılan qanun layihəsi parlamentin plenar iclasında baxılmaq üçün tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU