Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasına səfərə gəlib

Sədrin səfərləri
03 oktyabr 2026 | 20:24   

Oktyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak etmək üçün Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfərə gəlib.

Aruşa şəhərinin Kilimancaro beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini  Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov, Tanzaniyanın Birləşmiş Millətlər Təşkilatı (BMT) və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi  Abdallah Saleh Possi və digər rəsmi şəxslər  qarşılayıblar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU