Dünya Qadın Parlamentariləri Forumunda

Tədbirlər
09 oktyabr 2026 | 11:17   

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Dünya Qadın Parlamentariləri Forumunda iştirak etmək üçün oktyabrın 10-da Monqolustanın Ulan-Bator şəhərinə səfər edəcək.

Forum çərçivəsində millət vəkili qadınların hakimiyyətin ən yüksək pillələrində qadın təmsilçiliyinin sosial-iqtisadi inkişafa və strateji qərarlara real təsir göstərməsini təmin edəcək effektiv mexanizmlərin hazırlanması barədə müzakirələrdə iştirak edəcək.

Səfər oktyabrın 15-də başa çatacaq.

 

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU