İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
10 fevral 2012 | 02:02   
Paylaşın:        

Fevralin 10-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. İclası açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlərlə iştirakçıları tanış etdi.
Komitə sədri əvvəlcə namizədliyi ölkə Prezidenti tərəfindən növbəti müddətə Mərkəzi Bankın İdarə Heyətinin üzlüyünə təqdim olunmuş Alim Quliyev, Aftandil Babayev, Vadim Xubanov haqqında iştirakçılara məlumat verdi.
Deputatlar məsələ ilə əlaqədar öz müsbət fikirlərini bildirdilər. Çıxış edən namizədlər onlara göstərilən etimada görə minnətdarlıq edərək, bundan sonra da ölkə iqtisadiyyatının gücləndirilməsində səylə çalışacaqlarını bildirdilər.
Ziyad Səmədzadə gündəlikdəki ikinci məsələ “Narkoloji xidmət və nəzarət haqqında” qanuna dəyişikliklər edilməsi barədə məlumat verdi. Bildirildi ki, bu xidmət dövlət vəsaiti hesabına həyata keçirilir, bu işlərə nəzarət isə dəyişikliklərə görə müvafiq icra stukturlarına verilir.
Sonra “Azərbaycan hökuməti ilə İsrail arasında bağlanmış gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Saziş layihəsi müzakirə olunaraq müsbət dəyərləndirildi.
Sonda qanun layihələri yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyyə olundu.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU